Mərmərə dənizində iki yük gəmisi toqquşub

3 Dekabr 2022 03:10 (UTC+04:00)

Türkiyəyə məxsus iki yük gəmisi Mərmərə dənizində İstanbul boğazının çıxışında toqquşub. SİA xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.

Bildirilib ki, hadisə 147 metrlik “Turan” konteyner gəmisinin 126 metrlik “Burhan Düzman” quru yük gəmisi ilə toqquşduğu Axırkapı lövbərində baş verib.

Hadisənin nəticələri barədə məlumat verilmir.