Karxana çökdü 6 nəfər öldü

3 Dekabr 2022 00:13 (UTC+04:00)

Hindistanın Çhattisqarh ştatında gil karxanasının uçması nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri yazıb.

Karxanada axtarış-xilasetmə işlərinə başlanılıb. Axtarış nəticəsində karxanada 6 nəfərin meyiti tapılıb. Hadisə zamanı ölən 6 nəfərdən 5-nin qadın olduğu bildirilib.

Yerli hakimiyyət orqanları həyatını itirənlərin ailələrinə təzminat ödəniləcəyini açıqlayıb.