Sən demə, “Moskva” kreyseri batırılımayıb, özü batıb?

2 Dekabr 2022 19:51 (UTC+04:00)

Bu arada rusların onlayn nəşri olan “Proekt”, Ukrayna ilə müharibə başlayandan bəri Qara dəniz donanmasının döyüş gücünün 15 faizinin itirdiyini yazıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukraynanın işğalından əvvəl rusların Qara Dəniz Donanması 275 gəmi və katerlərdən ibarət olub ki, onların da 58-i döyüşqabiliyyətli olublar. Belə ki, patrul katerləri də daxil olmaqla, donanmaya 74 döyüş bölməsi daxil imiş.

Bu gün isə,yəni müharibə başlayandən bəri rusların Qara dəniz donanmasındakı gəm və qayığının 12-si batmış və ya ciddi zədələnmişdir.

Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə müharibə zamanı donanmanın ümumi itkiləri barədə məlumat verməyib.

Xatırladaq ki, hələ aprelin 13-də Ukrayna ilə müharibədə iştirak edən Qara Dəniz Donanmasının flaqmanı “Moskva” kreyseri batırılıb. Ukraynanın hərbi komandanlığı və Pentaqon gəminin Ukrayna raketləri ilə vurulduğunu bildirirdi.

O da maraqlıdır ki, Rusiya tərəfi hələ indiyə qədər “Moskva” kreyserinin ukraynalılar tərəfindən batırıldığını təkzib edərək, kreyserin batmasını, sadəcə olaraq, sursatın partlamasına səbəb olan yanğının nəticəsində olduğunu deyir.

Ağasəf Babayev