Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları öz aktuallığını qoruyur - TƏHLİL

2 Dekabr 2022 17:19 (UTC+04:00)

Ölkənin güclənməsi baxımından inkişaf proqramları, xüsusilə də təhsil proqramları ən vacib faktorlardan sayılır və bu baxımdan da elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmasına xüsusi diqqət ayrılır. Heç şübhəsiz ki, ölkənin inkişafı onun elm, təhsil və mədəniyyətinin səviyyəsi ilə ölçülür və məhz buna görə də Azərbaycanda bu istiqamətdə mühüm işlər görülür. Bununla belə elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına hər zaman ciddi ehtiyac var, çünki ölkəni dünyanın yenidən elm-mədəniyyət beşiyinə çevirə bilən məhz bu proqramlar hesab olunur.

Doğrudur, Azərbaycanda təhsilin və elmin inkişafı ilə bağlı geniş miqyasda müvafiq işlər görülüb və görülməkdədir, amma bu işlər bundan sonra da davam etdirilməlidir ki, geriləmə olmasın. Əvvəla ona görə ki, dünyada bu sahədə hər zaman yeniliklərə imza atılır, uğurlar qazanılır və bu baxımdan ölkədə bu proseslərin daha da sürətləndirilməsinə ehtiyac həmişə var. Digər tərəfdən də, etiraf etmək lazımdır ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi bütün zamanlarda öz aktuallığını qorumaqdadır.

Nəzərə almaq lazımdır ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması məhz cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün vacib hesab olunur. İlk növbədə ona görə ki, dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunun davamlı şəkildə dirçəldilməsidir. Elə buna görə də təhsil sistemində edilən yeniliklərdir ön planda durmaqdadır və bu baxımdan da təhsilin keyfiyyətinin yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir. Məhz buna görə də bu istiqamətdə qəbul olunan proqramlar sözügedən sektorun inkişafını əhəmiyyətli dərəcədə artırır və bu sahəyə diqqət daim artırılır.

Televiziya və radiolarda, eləcə də internet resurslarında elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına daha çox önəm verilməlidir, çünki hazırda televiziyanın və radionun, həmçinin internet resurslarının daha geniş imkanları var. Məhz bu baxımdan kommersiya xarakterli proqramlara televiziya və radiolarda, eyni zamanda internet resurslarında daha geniş diqqət ayırmaqdansa, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına xüsusilə yer verilməli, şou xarakterli proqramların əvəzinə kütləvi xarakter daşıyan maarifçilik əhəmiyyətli proqramlar ön planda olmalıdır. Ona görə ki, həm daim inkişaf etməkdə olan dünya ilə ayaqlaşmaq lazımdır, həm də sözügedən proqramların köməyi ilə insanların bilik və intellekti artırılmalıdır və ələlxüsus indiki dövrdə daha vacib məqamlardan hesab olunur.

Vətən müharibəsi, 44 günlük savaş bitdikdən, Azərbaycan qələbə qazandıqdan sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması daha vacib hesab olunur. Əvvəla ona görə ki, müharibə ölkəmizin Zəfəri ilə başa çatsa da, qələbə qazansaq da, cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə bitməyib və davam etməkdədir. Nə qədər davam edəcəyi də bəlli deyil və belə olan halda, cəmiyyətimizin daha da təkmilləşməsi, dünya görüşünün artırılması, savadlanması, hərtərəfli informasiya ilə təmin edilməsi xüsusilə vacib məqamdır, çünki reallıqların, Azərbaycan həqiqətlərinin, haqlarının vətəndaşlarımız tərəfindən bilinməsi olduqca önəmlidir. Azərbaycan vətəndaşı ölkəmizə, xalqımıza məxsus olan bütün dəyərlər, ərazilərimiz, sərhədlərimiz, tariximiz, kökümüz, adət-ənənələrimiz barədə müfəssəl məlumata malik olmalıdır. Qələbənin təmin olunmasında, ərazi bütövlüyümüzün bərpa edilməsində, Ali Baş Komandanın, qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının oynadığı rol, həmrəyliyi, ordumuzun rəşadəti, mübariz ruhu və digər önəmli məsələlər barədə vətəndaşlarımızın məlumatlı olması çox vacibdir. Bu məqsədlə də əlbəttə ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinə, hətta yenilərinin hazırlanmasına ehtiyac duyulmaqdadır və elə buna görə də həmin məsələlər artıq proqram şəkilində ilk növbədə orta məktəblərdə, sonra da ali təhsil ocaqlarında tədris olunmalı, buna çox ciddi şəkildə xüsusi önəm verilməlidir. Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları elə hazırlanmalı, elə bir şəkildə tədris olunmalıdır ki, əldə etdiyimiz uğurlarımız, qələbələrimiz post-konfilikt dövründə də, həmçinin bundan sonra da həmrəyliyimizin və birliyimizin daha da güclənməsində öz töhvələrini vermiş olsun. Bunun üçün, yəni elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının daha mükəmməl hazırlanması üçün mütəxəsis yanaşması, mütəxəssis rəyi mütləq nəzərə alınmalı, alimlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkanlarından və potensialından istifadə edilməlidir.

Azərbaycanda artıq post-konfilikt dövründə, yəni Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra nikbin notlar üzərində elmi-kütləvi, mədəni-maarif proqramları irəli sürülməkdədir. Bu proqramlarda Vətən müharibəsi, qazandığımız Böyük Zəfər, Azərbaycan xalqının yeni tarixi, tarixi şəxsiyyətlərimiz haqqında daha geniş məlumatlar əks olunur ki, bu çox sevindirici haldır. Belə olan halda, Vətən müharibəsi, qazandığımız zəfərlər, vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, Azərbaycan həqiqətlərinin öyrənilməsi, təbliğ olunması, bütün dünyaya belə çatdırılması çox vacib məsələdir və bunun üçün də elmi-kütləvi, mədəni-maarif proqramlarının hazırlanması öz aktuallığını qoruyur.

Müəllif: İnam Hacıyev

6.3.16. “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.