Gənclərdə olan aqressiv davranışların səbəbi nədir? - ARAŞDIRMA

2 Dekabr 2022 17:09 (UTC+04:00)

Uşaq və yeniyetmələrdə aqressiv davranışlar valideyn və müəllimləri narahat edən vəziyyətdir. Bu mürəkkəb və narahatedici mövzu valideynlər, müəllimlər və digər böyüklər tərəfindən diqqətlə başa düşülməlidir. Bundan başqa, aqressiv davranış nümayiş etdirən gənc adətən aşağıdakı hallar nəticəsində qəzəbini ifadə edir:

SİA mövzu ilə bağlı araşdırma aparıb.

- Özgüvən əksikliyi
- Həmyaşıdları tərəfindən təhqir olunma
- Ailə münaqişələri
- Travmatik hadisələr
- Sevdiyi birini itirmək
- Övladlığa götürülmə vəziyyəti
- Maddə asılılığı
- Valideynlərin boşanması
- İncidilmək
- Depressiya və narahatlıq kimi psixi problemlər.

Aqressiv davranış və zorakılığa meyl məktəbəqədər yaşlı uşaqlarla yanaşı, yeniyetmələrdə də müşahidə olunur. Bu davranışa şahid olan ailə üzvləri və ya digər böyüklər reaksiyasız qalmamalı, bu davranışlarını “bir dövrdən keçir” kimi cümlələrlə ört-basdır etməməlidir. Hər yaşda aqressiya və zorakılıq ciddi problemdir və müdaxilə tələb edir.

Yeniyetmələrdə nəzarətsiz qəzəbi necə başa düşmək olar?

Yeniyetmələrdə qəzəb nəzarətdən çıxdıqda valideynlərin bunu başa düşmələri çox vacibdir. Əgər uşağınız aşağıdakı davranışlardan birini və ya bir neçəsini nümayiş etdirirsə, onun kənardan kömək tələb edən qəzəb problemləri ola bilər:

- Fiziki təcavüz və ya zorakılıq
- Valideynlər, qardaş-bacı, müəllimlər və ya həmyaşıdlarla həddindən artıq mübahisə
- Qışqırıq kimi emosional partlayışlar
- Məntiqsiz düşüncə və davranış
- Təhdidlər
- İnsanlara və ya heyvanlara qarşı qəddar rəftar
- Cinayət fəaliyyəti
- Əmlakı məhv etmək
- Özünə zərər.

Valideynlər aqressiv yeniyetmələrə necə kömək etməlidirlər?

Valideynlərin övladlarını sevmək və dəstəkləmək üçün əllərindən gələni etmələri çox vacibdir, lakin onlar yeniyetmənin duyğularını və ya hərəkətlərini idarə edə bilməyəcəklərini nəzərə almalıdırlar. Buna nail olmaq üçün valideyni olduğunuz gəncə uyğun aşağıdakı davranışları həyata keçirə bilərsiniz:

Gənc insanlar üçün məhdudiyyətlərin və gözləntilərin yaradılması

Gənclər üçün yaradılan sərhədlər və gözləntilər gənclərin aqressiv davranışının azalmasına və müəyyən səviyyəyə çatmasına öz töhfəsini verə bilər. Uşağınızla danışın ki, bu qaydalar pozulduqda nə baş verəcəklərini bilsinlər. Uşağınıza izah edin ki, bu qaydalar onu təhlükəsiz və zərərdən qorumağa kömək edir. Uşağınıza sevginizi ifadə edin. Yeniyetmələr valideynlərinin onları sevdiyini və qayğı göstərdiyini bilmək istəyirlər.

Danışmaq

Danışmaq şəxsiyyətlərarası qarşılıqlı əlaqədə ən vacib amillərdən biridir.

Hobbi tapmağa həvəsləndirmə

Hobbi həvəsləndirmələri yeniyetmələrə öz mənfi emosiyalarını idarə etməyə və başqa bir məşğuliyyətlə özlərini məşğul etməyə imkan verir. Böyüklər uşaqlarını qəzəbdən çıxış yolu tapacaq hobbidə iştirak etməyə təşviq etməlidirlər. Buraya idman, musiqi, yoqa, meditasiya, yemək bişirmək, incəsənət və ata minməkdən tutmuş hər şey daxildir.

Dərslərdə qiymətlərin aşağı olması, axşam gec yatıb günortaya qədər yatmaq, dağınıq otaqlar, uyğun olmayan paltar və dost seçimi... Bunların hər biri yeniyetmə uşaqları olan ana və atalar üçün münaqişə mövzusu ola bilər. Üstəlik, bir valideyn olaraq, bu mövzularda nə qədər müsbət dil istifadə etsəniz də, yeniyetmə övladınız sizə zidd olan yola gedə bilər.

ABŞ-da 11-17 yaş arası 3000 gənclə aparılan araşdırmada kifayət qədər yatmayan gənclərin depressiyaya düşmə riskinin daha yüksək olduğu müəyyən edilib.

Ayşən Vəli