Ölkəmiz özünün etibarlı tərəfdaş imicini formalaşdırıb ŞƏRH

2 Dekabr 2022 16:11 (UTC+04:00)

Dövlət başçısı İlham Əliyevin “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışı mühüm əhəmiyyət kəsb edir. Qürurla deyə bilərik ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azad etməsi ilə regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yarandı. Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri vacib amil kimi önə çıxır. Sözsüz ki, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin istismara verilməsi mümkün olmayacaq. Bu mənada istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri məhz sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. Hazırda Azərbaycanın beynəlxalq aləmdə oynadığı rol , düşüünülmüş daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Sabitlik ölkəmizin iqtisadi inkişafının əsas amillərindən biri hesab olunur. Azərbaycanın beynəlxalq arenada oynadığı rol məhz daxili siyasətin əsasında formalaşıb.

Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətin proqnozlaşdırılması mümkün qədər daha çox ölkə ilə yaxın münasibətlərin qurulmasını təmin edir. Bu baxımdan siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Eləcə də, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin ayrı-ayrılıqda atdığı addımlar da burada vacib amil kimi önə çıxır. Azərbaycanın coğrafi mövqeyinin üstünlüyü iki qitənin ortasında yerləşməsindədir. Avropa ilə Asiyanın arasında yerləşən ölkəmiz əlaqələndirmə məsələlərində mühüm rola malikdir. Ölkəmizin infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. İndi Azərbaycan dəmir yolları və yol infrastrukturuna nəzər saldıqda Azərbaycanda hər şeyin buna hazır olduğunu görmək olar. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası nəticəsində ölkəmizdən keçən artan yük həcmləri bunu bir daha təsdiq edir. Bununla yanaşı Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizi ilə əlaqələr də burada mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz hər iki dəhlizin aktiv iştirakçısıdır. Həmçinin Azərbaycanda hava limanları layihələrinin tamamlanması prosesi gedir. Azad olunan ərazilərdə üçüncü beynəlxalq hava limanı olacaq Laçın hava limanı hazır olandan sonra, Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Heç şebhəsiz, bu cür hava limanları təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçün əlverişlidir. Paralel olaraq Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün yeni tankerlər, bərələr və yük gəmiləri ilə bağlı məsələlər öz həllini tapır. Artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin inteqrasiya olunmasına imkan verəcək. Belə ki, bu gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır. Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb. Türkmən qazı ilə bağlı svop əməliyyatları başlanıb. Tədbir iştirakçılarına da bəlli oldu ki, iki ildən az müddət bundan əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri tamamlanıb.

Azərbaycanın enerji siyasətində də mühüm addımlar atılaraq, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi Trans-Adriatik boru kəməri ilə bağlı işlər tamamlanıb. Artıq qaz ixrac həcminin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbat var. Bu məsələ ilə bağlı Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalanıb. Səmərəlilik siyasəti nəticəsində əlavə qaz tutumlarına qənaət etməyə imkan yaranır. Bərpaolunan enerji mənbələri ilə bağlı reallaşdırılan layihələr Azərbaycanın mövcud istiqamətdəki potensialını artırmağa imkan verir.. Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq müstəvisində inkişaf edir. Həm işğal dövründə, həm müharibə zamanı, həm də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Qeyd edək ki, bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Şübhəsiz ki, indiki vaxtda təhlükəsizlik məsələləri bəlkə də hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Ona görə də, dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Çünki əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini