Korona virus yenidən artacaqmı? -HƏKİM VƏ EKSPERT AYDINLIQ GƏTİRDİ

2 Dekabr 2022 15:27 (UTC+04:00)

Son zamanlarda dünyada və ölkəmizdə də "Koronavirus"-un kəskin artışını hiss edirik. Çində hələdə tətbiq edilən karantin rejimi artıq xalqın narazıçılığına gətirib çıxardır. Ölkəmizdə də son zamanlarda yoluxanların sayı artır. Artıq 2022-ci ilin sonuna yaxınlaşdıqca qarşıdan gələn yeni il tədbirlərinidə nəzərə alarsaq bu artımın daha da çox olacaqı ehtimal olunur. Bu məsələ ilə bağlı SİA-da həkim və ekspetin fikirlərini öyrənməyə çalışıb.

Həkim-infeksionist Adil Qeybulla bildirmişdir ki, ümumiyyətlə SARS-2 CoV-2 virusunun törətdiyi Covid-19 pandemiyası sona doğru gedir. "Yəni bu pandemiyanın yenidən vüsət alması, yeni dalğaların yaratması real görünmür. Çünki elente daşıyıcı virusdur və getdikcə zəifləməyə doğru gedir. Bu pandemiyanında uzanmasının səbəbi bütün dünya kollektivi immunitetinin yaranmaması ilə bağlıdır. Artıq virus zəifləyir və bunun əlamətlərindən biri də "conti göz" yəni yoluxucu qabiliyyətini həddindən artıq yüksəlməsi, lakin öldürücülük və ağırlaşdırma qabiliyyətinin isə zəifləməsinə bağlıdır. Bəzi ölkələrdə xüsusilədə Afrika ölkələrində virusun daşıyıcıları çoxdur. Buda xəstəliyin və virusun orqanizmdə uzun müddət qalmasının nəticəsidir. Amma artıq hesab edirəm ki, bu pandemiya sona çatır. Lakin biz hər an sürprizlərə hazır olmalıyıq. Yəni yeni bir pandemiya olarsa bu artıq SARS-2 virusu olmayacaq. Digər bir tərəfən isə Dünya Səhiyyə Təşkilatının insan sağlamlığını təhdid edən 10 faktordan biri kimi bizi qarşıda gözləyən qrip pandemiyası göstərilir. Bu pandemiya nə vaxt olacaq demək çətindir, amma bu elmi proqnoz kimi baş tutmaqı gözlənilir. Digər tərəfdən bu pandemiya göstərdi ki, qətiyyən heçnə bitmiyib, hər bir şey mümkündür. İnsanların artması, kontakların artması bu cür pandemiyalarında baş verməsi ehtimalı artır. Bunu nəzərə almaq lazımdır. Gələcəkdə də bütün davranışlarımızda da nəzərə almaq lazımdır".

Yazıçı-kulturoloq, Aydın Xan Əbilov isə bu virusun artması ilə bağlı bildiridyi fikirlərdə bildirmişdir ki, son illər dünyanın bir çox yerlərində koronavirusla bağlı xəbərlər eşidirik. "Xüsusən də koronavirusun ilkin mənbəsi tapılmış Çin Xalq Respublikasından onun paytaxtı Pekində 40-50 min yoluxma hallarına baş verməsi çox həyəcanlı bir xəbərdir. Və heç kimdə hələ ki, sığortalanmayıb. İndibilirisniz ki, hava yollarında bəzi ölkələrdə hələdə qadağalar var. bəzi ölkələrdə quru sərhədləri hələdə bağlıdır. Amma artıq demək olar ki, bir çox ölkələrdə maskalarla bağlı qadağalar, sonra karantin qaldırılıb. Belə bir sərbəst vaxtda insanlar bir necə il bundan əvvəl pandemiya qapanmasından sonra sərbəst yaşamaq, gəzmək, ölkələri dəyişmək imkanı əldə etdiyi bir vaxtda, o cümlədən Azərbaycanda bu ölkələrdən biridir. Azərbaycanda iqtisadi vəziyyət düzəldikcə, Azərbaycanın hər cür beynəlxalq tədbirlər və idman yarışları, bir çox beynəlxalq forumların keçirtdiyi bir beyin mərkəzi olaraq gün ərzində respublikamıza insanların axını bu pandemiya qorxusunu, yayılmanın çoxalmasını qorxusunu aktuallaşdırır. Bunun üçündə qabaqlayıcı tədbirləe almaq mütləq şərtlərdən biridir".