Səmayə Məmmədovaya yeni vəzifə verildi

2 Dekabr 2022 15:08 (UTC+04:00)

Jurnalist Səmayə Məmmədovaya yeni vəzifə verilib. SİA xəbər verir ki, o Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, S.Məmmədova uzun müddət Gənclər və İdman Nazirliyində, daha sonra Bakı Nəqliyyat Agentliyində çalışıb.