Dövlət başçısı Orta Zəyzid kəndində quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olub

2 Dekabr 2022 13:41 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəkinin Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olublar.