Prezident İlham Əliyev və Birinci xanım Şəki rayonuna səfər ediblər

2 Dekabr 2022 13:35 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki rayonuna səfər ediblər.

Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Ümummilli Lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.