Deputat parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin gücləndirilməsini təklif edib

2 Dekabr 2022 12:10 (UTC+04:00)

“Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artdıqca haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq istiqamətində fəaliyyətimiz daha da genişləndirilməlidir”.

SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dekabrın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan həqiqətləri və ədalətsizlikləi işçi qruplar vasitəsilə dünya ictimaiyyətinə çatdırılmalıdır: “Biz nəinki müəyyən günlərdə, mütəmati şəkildə bu işlə məşğul olmalıyıq. Bu gün bir çox deputat Fransanın mövqeyindən təəssüf hissi keçirdiyini bildirdi. Axı niyə təəssüflənirik ki? Bəyəm Fransanın mövqeyi hər zaman bəlli deyildi? Onların mövqeyi 30 ildir ortadadır və mübarizəni bu müddətdə aparmalı idik”.