Sabahın açılmasının xoruzun banlaması ilə bağlılığı yoxdur - Deputat Fransanı tənqid etdi

2 Dekabr 2022 12:02 (UTC+04:00)

“Fransanın canfəşanlığının səbəbi gorbagor olmuş Minsk qrupunun fəaliyyətini yenidən bərpa edərək Ermənistan vasitəsilə bölgədə qalmaq istəyidir. Xoruzu milli simvol kimi qəbul edənlər bilməlidir ki, sabahın açılmasının xoruzun banlaması ilə bağlılığı yoxdur”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin komitə sədri Musa Quliyev parlamentin dekabrın 2-də keçirilən plenar iclasında deyib.

O bildirib ki, Makron hökumətinin siyasi əxlaqa sığmayan davranışının digər səbəbi gələn il Fransada keçiriləcək seçkilərlə bağlıdır: “Makron və makronoidlər bu qətnamə ilə erməni lobbisindən seçki kampaniyasında maliyyə dəstəyi adı altında aldıqları çirkli pulları və seçkilər zamanı aldıqları erməni elektoratın səslərinin əvəzini verməyə çalışırlar. Fransaya adekvat, bir az da artıq cavab verməliyik. Bu cavablar Azərbaycan hökuməti, dövləti, parlamenti və ictimaiyyəti tərəfindən verilir və hədəfə çatmaqdadır. Biz qalib xalq və güclü dövlətik”.