Məktəb avtobusu qəza törətdi

2 Dekabr 2022 10:28 (UTC+04:00)

ABŞ-ın Nyu-York ştatının Nyu Hempsted qəsəbəsində məktəb avtobusu yoldan çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, servis əvvəlcə dayanmış 2 avtomobilə, sonra isə evə çırpılıb. Qəzada əksəriyyəti şagirdlər olmaqla 14 nəfər yaralanıb. Çox sayda insan xəsarət alıb.