Ukrayna ordusu 13 min nəfər itki verib

2 Dekabr 2022 01:27 (UTC+04:00)

Rusiya-Ukrayna müharibəsi zamanı Ukrayna ordusu 13 min nəfər itki verib. SİA xəbər verir ki, bunu Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak “Kanal 24”ə müsahibəsi zamanı bildirib.

"Biz müxtəlif beynəlxalq platformalarda deyirik ki, Rusiya hərbçilərə qarşı vuruşmur. O, mülki əhali ilə müharibə aparır", - deyə Podolyak qeyd edib.