Şəxsiyyət vəsiqəsini dəyişmək istədi amma olanlar oldu

2 Dekabr 2022 04:30 (UTC+04:00)

Fransanın Luara-Atlantik departamentində yaşayan dul qadının başına maraqlı iş gəlib. SİA xəbər verir ki, şəxsiyyət vəsiqəsini itirən qadın yenisini almaq üçün müraciət etdikdə maraqlı fakt üzə çıxıb.

Sənədə görə məlum olub ki, qadın 13 ildir “evlidir”. Qadın dul olduğuna and içsə də, onun sənədi yenilıənməyib. Nəhayət o, bələdiyyədəki məlumatlar əsasında “evli” olduğu kişini tapıb. Telefon danışığı zamanı məsələdən təəccüblənən kişi subay olduğunu bildirərək qadına evlilik təklif edib. Tərəflər gələn həftə bələdiyyədə görüşmək qərarına gəliblər.