Bu şəxslərə valerian dərmanı qəbul etmək olmaz - BİLMƏNİZ VACİBDİR

2 Dekabr 2022 06:24 (UTC+04:00)

Dərman pişikotu - valerian ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olanların əli altında sevimli vasitələridir. Bitki tərkibli də olsa, bu dərmanın da zərərləri var. SİA kimlərə valerianın faydasından çox zərəri ola biləcəyini təqdim edir.

- Çox yaşlı adamlara olmaz - çünki valerian qanın laxtalanmasını artırır. Bu da öz növbəsində insult, infarkt, tromb yaranmasına səbəb ola bilər

- Yüksək təzyiq xəstələri - müntəzəm olaraq bu dərmanı qəbul etdikdə, sinir sistemi əksinə oyanıq olur və yuxusuzluq baş verir

- Qaraciyər xəstəliyi olanlar, böyrək xəstəlikləri, enterokolit, nefrit xəstəliklərində olmaz

- Ağır depressiya, cinsi zəiflik, erektil disfunksiyası, psixi pozuntuları olanlar həkim məsləhəti olmadan valerianı qəbul etməməli və başqa dərmanlarla birgə qarışdırmamalıdır

- Allergiyası olanlara

- Hamilə qadınlara

Nəzarətsiz, müntəzəm və çox valerian qəbulu zəhərlənməyə səbəb ola bilər: bu zaman baş ağrısı, baş gicəllənmə, təzyiqin aşağı düşməsi, yuxu, aşağı temperatur, ürəkbulanma, nəfəsdə çətinlik kimi simptomlar verə bilər.

Yaşlı və xəstə insanları hətta komaya sala bilər.