BMT TŞ Ukrayna ilə bağlı iclas keçirəcək

2 Dekabr 2022 01:08 (UTC+04:00)

BMT Təhlükəsizlik Şurası dekabrda Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Təhlükəsizlik Şurasına sədrliyinin daimi nümayəndəsi Ruçira Kamboca bildirib.

"Ukrayna BMT Təhlükəsizlik Şurasının ciddi diqqət mərkəzindədir. Biz bütün tərəflərlə qarşılıqlı əlaqəni davam etdirəcəyik", - diplomat qeyd edib.