Ukraynada növbəti böyük əsir mübadiləsi baş tutdu

2 Dekabr 2022 00:02 (UTC+04:00)

Rusiya və Ukrayna arasında növbəti əsirlərin mübadiləsi baş tutub. SİA Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparat rəhbəri Andrey Yermak məlumat yayıb.

O bildirib ki, Ukraynanın daha 50 müdafiəçisi azad edilib.