Donbasdakı rus hərbçiləri şamanlı yurdlarda qalacaqlar

1 Dekabr 2022 21:53 (UTC+04:00)

Bu arada Donetsk vilayətinin Starobeşevski rayonunda yerləşən Rusiya hərbçiləri üçün Buryatiyadan şamanlı yurdlar göndəriləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ictimai fəalların səyi ilə qurulacaq 3 yurd Hun fondunun nümayəndələri tərəfindən hərbçilərə gətiriləcək.

Belə ki, onlar hərbi qulluqçular şaman ayinindən keçib istirahət edə biləcəklər.

Fondun nümayəndələri qeyd ediblər ki, belə yurdlar 16 əsr əvvəl hərbi yürüşlər üçün istifadə olunub. Fondun sədri Oleq Bulutovun sözlərinə görə, rituallardan əlavə, şamanlar və baryaşinlər yaralı hərbçilərə tibbi yardım göstərə biləcəklər. Qeyd edək ki, yurtu gətirənlər onları hərbi əməliyyatların getdiyi əraziyə mümkün qədər yaxın ərazidə qurmağı planlaşdırırlar.

Yeri gəlmişkən, Buryatiya Ukraynadakı müharibədə rəsmən təsdiqlənmiş ölümlərin sayına görə Rusiya regionları arasında liderlərdən biridir.

Belə ki, BBC və “Mediazo”nun rus xidmətinin məlumatına görə, noyabrın 11-nə Ukraynada 332 buryat ölüb. Bölgə hakimiyyət orqanları və ya media tərəfindən bildirilən ən çox ölüm Krasnodar diyarına (365 nəfər), sonra sonra isə Dağıstana (338 nəfər) düşür.

Nə bilmək olar, bəlkə də bu Rusiya rəhbərliyinin əlkədəki azsaylı xalqlara olan “inam və sevgi”sindən irəli gəlir?!

Ağasəf Babayev