Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb

1 Dekabr 2022 21:22 (UTC+04:00)

Türkiyə xarici səfirlik və təşkilatlara heç bir xəbərdarlıq mesajı göndərilmədiyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyi İngiltərənin ''Reuters'' xəbər agentliyinin yaydığı xəbərə münasibət bildirib.
Bəyanatda deyilir: ''Nazirliyin kəşfiyyat bölmələri tərəfindən xarici səfirlik və təşkilatlara göndərilən heç bir xəbərdarlıq mesajı yoxdur".
Sözügedən xəbərdə paytaxt Ankaradakı bəzi səfirliklərə təhlükəsizlik təhdidləri ilə bağlı xəbərdarlıq edildiyi irəli sürülüb.