İrəvandan Həştərxana uçan təyyarə qəzaya uğrayıb

1 Dekabr 2022 20:08 (UTC+04:00)

Ermənistanın Kotayk rayonunun Craber kəndi ərazisində bu gün yüngül mühərrikli “B55” təyyarəsi qəzaya uğrayaraq yanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qəza yerinə gələn xilasedicilər iki yanmış cəsəd aşkar ediblər. Yanğın tezliklə söndürülüb.

Daha sonra Ermənistanın Mülki Aviasiya Komitəsi aydınlaşdırıb ki, bu, İrəvandan Həştərxana uçan “BeechCraft 95” təyyarəsidir.

Təyyarə ilə əlaqə yerli vaxtla saat 13:11-də kəsilib, saat 14:20-də təyyarənin Craber kəndi yaxınlığında qəzaya uğradığı aşkarlanıb.

Komitənin məlumatına görə, ölənlər iki pilot Rusiya vətəndaşlarıdırlar.

Mətbuat həmçinin təyyarənin Çexiyadan Rusiyaya uçduğunu və Yerevanda planlı texniki eniş etdiyini yazıb. Qəzaya əlverişsiz hava şəraitinin səbəb ola biləcəyi ehtimal olunur.

Ağasəf Babayev