Separatçıların LAÇIN DƏHLİZİ QORXUSU - TƏHLİL

1 Dekabr 2022 20:03 (UTC+04:00)

Qarabağdakı erməni separatçıları həyəcan təbili çalmaqda davam edirlər və nəzərə alsaq ki, Laçın dəhlizi ilə bağlı məsələ onlar üçün taleyüklü hesab olunur, deməli, əvvəlcədən qorxuya düşmələri də anlaşılandır. “Azərbaycan Laçın dəhlizini bağlayacaq!..”, deyə hayqıran hayların səsi hər yerə çatsa da onların səsini İrəvan ya eşitməməzliyə vurur, ya da kömək edəcəkləri barədə yalançı vədlər verirlər. Vədlərinin yalançı olduğunu başa düşən həmin o separatçılar da məhz bu səbəbdən rahatlıq tapa bilmir, hətta qorxu içərisində də qalırlar.

Laçın dəhlizinin bağlanacağı qorxusu ilə yaşayanlar hər tərəfə səs salırlar ki, onlara hücum olacaq. “Əgər Azərbaycan Laçın dəhlizini bağlamağa cəhd etsə və ya avtomobillərin giriş-çıxışını əngəlləməyə cəhd etsə, bunun çox ciddi, o cümlədən geosiyasi nəticələri olacaq. Bu, həm də Rusiya sülhməramlıları üçün dəhşətli zərbə olacaq, çünki müharibədən sonra 2020-ci ildə qoyulmuş sülh yolu ilə nizamlanmanın bütün məntiqi faktiki olaraq bərabərləşəcək”, deyə hayqıran, Qarabağda özünü “xarici işlər naziri” kimi təqdim edən David Babayan təəssüf hissi keçirdiyini, yəni qorxduğunu gizlətmir. O, hətta bildirir ki, hər şey onlar üçün alt-üst olacaq. Əslində isə, onlar özləri bu zamana qədər hər şeyi alt-üst ediblər və Babayan bunu etiraf etsəyfi daha məntiqli olardı. Dəhliz məsələsi, eyni mövzu ilə bağlı hay-küy salan hay təkcə Babayan deyil. Qondarma "ombudsman" Qeqam Stepanyan da keçirdiyi həyəcanı ilə özünü, qorxu hissini bəlli edib. “Azərbaycan Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə edilməsi ilə bağlı ittihamlar səsləndirir və bu, dəhlizin bağlanması fikrindən xəbər verir”, deyən Stepanyanın İrəvana mesaj vermək niyyəti də aydın olur. Hətta erməni ekspert Qarnik Davtyan belə bir fikir formalaşdırmağa çalışır ki, guya Azərbaycan Laçın dəhlizinə nəzarəti bərqərar etmək və Zəngəzur dəhlizini almaq üçün hərbi təxribat hazırlayır, hansıki bu da ermənilərin keçirdikləri qorxunun açıq-aydın təzhürü, eyni zamanda həyəcanlarının təzahürüdür.

Görünən odur ki, separatçılar artıq Laçın dəhlizi ilə bağlı bərk qorxu içərisindədirlər və hansı vəziyyətlə qarşılaşacaqlarından ehtiyat edirlər. Məntiqi olaraq bəlli olur ki, separatçıların qorxusuna da əsasları var, çünki onlar bunun üçün kifayət qədər şərait yaradıblar. Yəni, etdikləri qanunsuzluqlara, separatçı əməllərə, təxribatlara, eləcə də etmədiklərinə görə müvafiq addımlarla qarşılaşacaqlarını gözləmələri də məntiqidir. Onlar bilirlər ki, çirkin avantüralarına görə Azərbaycandan adekvat cavab gözləməlidirlər və Azərbaycan tərəfinin belə bir cavab haqqı var. Başa düşürlər ki, bütün çirkin əməllərinin müqabilində onlar cavab verməli olacaqları taleyüklü zamanla üzləşməli olacaqlar və keçirdikləri qorxu da bu səbəbdəndir. Fərrux əməliyyatlarını da əlbəttə ki, xatırlamaları tam yerinə düşür və başa düşürlər ki, oxşar vəziyyətlə qarşılaşmaları üçün yetərincə əsas yaradıblar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun son bəyanatı separatçıları yetərincə narahat edib və bu, onların davranışlarında da, ifadələrində də özünü biruzə verir. Başa düşürlər ki, Azərbaycan tərəfi boş yerə bəyənat vermir və onlardan vərqli olaraq bizim tərəfimizdə deyilənlər bos sözlər yığını deyil. Bunun dəfələrlə də şahidi olublar. “Bu bitməlidir. Azərbaycan tərəfi bunun üçün bütün lazımi addımları atacaq. Bununla bağlı həm beynəlxalq müstəvidə, həm də digər tərəfdaşlarla danışıqlarımız davam etdiriləcək”, deyə Bayramov bildirib və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda Laçın dəhlizindən istifadə prinsiplərini, eləcə də istiqamətləri göstərilib. Separatçılar başa düşürlər ki, Laçın dəhlizindən onlar Üçtərəfli Bəyanata zidd olan məqsədlər üçün istifadə edirlər, silah-sursat daşımaları ilə danışıqları pozurlar. Bunun qarşısının alınacağı da onlar üçün bəllidir və nəticələrinin də ağır olacağını təsəvvür edirlər deyə qorxu içərisindədirlər.

Bəzi separatçılar fikir formalaşdırmaq istəyirlər ki, Laçın yolunun bağlanılması guya rus sülhməramlılarına hücum deməkdir. Hətta, bununla təskinlik tapmağa çalışırlar ki, guya belə olduğu zaman Rusiya dərhal məsələyə qarışacaq və onlar üçün də bu hal qurtuluş deməkdir, amma özləri də bilirlər ki, yanılırlar. Təkcə ermənilər yox, hamı yaxşı bilir ki, rus sülhməramlıları Üçtərəfli Bəyanat imzalanan zaman bölgəyə dəvət olunublar və əgər razılaşmalarda pozuntu halları olarsa, Azərbaycan tərəfi məhz razılaşmalara uyğun olaraq bu regionu tərk etmək barədə onlara bildirə bilər. Bir sözlə, separatçılar bilməlidirlər və əgər bilmirlərsə də bilsinlər ki, boş ümidlər bəsləmələri əbəsdir. Əksinə, belə boş ümidlərin onları hansı fəlakətlərə sürüklərini də unutmamalıdırlar. Eyni ilə 44 günlük mübarizə zamanı özlərinin mifləşdirdikləri dırnaqarası “yenilməz” silahlı qüvvələrinə ümid etmələri, yaxud Rusiyadan, böyük qardaş deyib ayaqlarına düşdükləri ruslardan kömək ummaları, bu köməyə bel bağlamaları onlar üçün hansı acı nəticələrə səbəb olduğunu yada salsalar kifayət edər. Bunları yada salsalar, yəqin ki, boş ümidlərə bel bağlamaz, danışıqların ruhuna uyğun hərəkət etməyə məcbur olduqlarını anlayarlar.

Doğrudur, Azərbaycanın Laçın yolunu bağlamaq niyyəti yoxdur və insanların, eləcə də yüklərin daşınmasına nəzarəti gücləndirmək kimi bir haqqı var və ondan da istifadə olunması mümkün haldır, hətta belə görünür ki, labüddür. Sənədlərin, malların, həmçinin həmin malların təyinatının yoxlanılmasında qeyri adi heç nə ola bilməz. Maraqlıdır, əgər Laçın dəhlizindən istifadə edənlər qanunsuz daşımalara yol vermirləsə, o zaman niyə narahatdırlar və niyə qorxu içindədirlər? Təbii ki, əgər daşınan yüklərin hərbi təyinatlı olduğu üzə çıxdığı zaman onların müsadirə olunacağını və həmin yükləri daşıyanların Azərbaycan qanunları çərçivəsində maksimum cəzalandırılağını bilənlər narahat da olmalıdırlar, hələ qorxmalıdırlar da. Eyni zamanda hər kəs bilməlidir ki, nəinki daşınan mallar, eyni zamanda, vətəndaşlığından asılı olmayaraq, Qarabağa gələn şəxslər, hətta dinc əcnəbi turistlər, erməni siyasətçilər, kim olursa olsun, bu bölgəyə səfərinin məqsədini aydın şəkildə izah etməlidir. Əks təqdirdə Azərbaycan qanunları ilə onları nə gözlədiyini də gözləri önünə almalıdırlar və qorxmalıdır. Azərbaycana səfərləri barədə məlumat verməyən, eləcə də Qarabağda açıq şəkildə separatçılıq əhval-ruhiyyəsini qızışdırmaq niyyətində olan və Azərbaycan əleyhinə təbliğat aparmaq məqsədi güdənlər də nə ilə qarşılaşacaqlarının fərqində olmalıdırlar, özü də öncədən.

Sözsüz ki, Ermənistan silahlı qüvvələrinin Qarabağdakı tör-töküntüləri üçün silah-sursat daşımaq məqsədi ilə dəhlizdən istifadə olunduğu təqdirdə, Laçında nəzarət-buraxılış məntəqəsinin quraşdırılması tam məntiqi addım sayılır. Bunu ermənilər, ələlxüsus da Qarabağ ərazisində qalan separatçılar da başa düşürlər. Başa düşürlər ki, Azərbaycan hakimiyyəti Ağdamdakı Rusiya-Türkiyə monitorinq mərkəzinin mexanizmindən istifadə edə və Laçın dəhlizinin girişi kimi həssas nöqtəni nəzarətə götürə bilər. Ən azında həmin dəhlizdə heç olmasa nəzarət mexanizmi yarada bilər. Bunun mümkünlüyünə, sözügedən dəhlizdə müəyyən tədbirlərin görüləcəyinə şübhə də yoxdur və elə separatçıların narahatlıqlarının da, qorxularının da, nəticədə həyəcan təbili çalmalarının da səbəbi budur. Məsələ burasındadır ki, qorxmaqdansa, ölkəmiz barəsində, Azərbaycan haqqında nağıl danışmaqdansa, dəhşətli hekayələr uydurmaqdansa, separatçılar nəticə çıxarmalıdırlar. Nəticə çıxarmalıdırlar ki, onlar öz separatçı əməllərindən əl çəksələr özləri üçün daha yaxşı, daha məqsədəuyğun olar və onu da nəzərə almalıdırlar ki, rəsmi Bakı həmişə Ermənistanla Qarabağ bölgəsinin erməni etnik əhalisi arasında humanitar və mədəni mübadilənin əleyhinə olmayıb. Təbii ki, yalnız dinc istiqamətdə olan mübadilə qəbulediləndir və deməli belə də olmalıdır. Əfsus ki, Qarabağda məskunlaşan separatçılar və rəsmi İrəvan Azərbaycanın Azərbaycanın bu böyük, hummanitar jestindən sui-istifadə etmək niyyətində olublar və qorxuya düşmələrinə səbəb olan yanlışlıqları da bundadır.

Heç şübhəsiz ki, ermənilərin, ələlxüsus separatçıların qanunsuz şəkildə yük daşımaları barədə Bakının müvafiq sübutları da var və bunu onlar özləri də yaxşı bilirlər. Əks halda, qorxuya düşmək əvəzinə, elə erməni xislətinə uyğun olaraq vay-şüvən qoparardılar. Məsələ burasındadır ki, Ermənistanla Qarabağ bölgəsinin erməni etnik əhalisi arasında humanitar və mədəni mübadiləyə Azərbaycanın imkan verməsi, bir sözlə, hummanitar jestindən sui-istifadə edənlər bilməlidirlər ki, Azərbaycanın səbrini sınamaq onlara baha başa gələ bilər və səbr kəsasının dolacağı zaman onlar üçün həqiqətən qorxulu ola bilər.