Ukraynada ruslara qoyulan heykəllər sökülə-sökülə gedir

1 Dekabr 2022 19:43 (UTC+04:00)

Ukraynanın Xmelnitski vilayətinin Şepetovka şəhərində sovet yazıçısı Nikolay Ostrovskinin abidəsi sökülüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, abidə 1966-cı ildə Nikolay Ostrovskinin adını daşıyan yerli muzeydə ucaldılmışdı.

Qeyd edək ki, Nikolay Ostrovski Şepetovkada anadan olub və gəncliyini Sovet İttifaqında ona şöhrət gətirən “Polad necə bərkidilib” kitabında təsvir edib.

Onu da deyək ki, digər məsələlərlə yanaşı, Ostrovskinin qəhrəmanın - Pavka Korçaginin Ukraynanın müstəqilliyi tərəfdarları ilə mübarizəsini də təsvir edir.

Yeri gəlmişkən, abidə yerli hakimiyyət orqanlarının təşəbbüsü ilə sökülüb.

Belə ki, vilayət administrasiyasının rəhbəri Sergey Qamalı, keçmişi xatırlamağın lazımlığını bildirsə də, lakin kommunist dövrünə aid abidələri utilizasiya edilməsinin vacibliyini də bildirib.

Onu da qeyd edək ki, abidə “əbədi anbar”a göndəriləcək. Ukrayna mətbuatı əvvəllər qeyd edirdi ki, Şepetivkadakı muzey “orijinal memarlıq və dizayn həlləri ilə tanınır”. Belə ki, o, Təbliğat Muzeyi kimi fəaliyyətini davam etdirir.

Yeri gəlmişkən, Nikolay Ostrovski ilə yanaşı, Odessa vilayətinin İzmail “şəhərindən olan” rus komandiri Aleksandr Suvorovun da abidəsi sökülərək “əbədi anbar”a göndəriləcək.

Ağasəf Babayev