Hulusi Akar müttəfiqlərə PKK/KCK/YPG xəbərdarlığı edib

1 Dekabr 2022 19:16 (UTC+04:00)

Milli müdafiə naziri Hulusi Akar müttəfiq ölkələrə separatçı terror təşkilatı PKK/KCK/YPG-yə səbəbi nə olarsa olsun dəstək verməmələri barədə xəbərdarlıq etdiklərini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Akar paytaxt Ankarada jurnalistlərə açıqlamasında bir gün ərzində həmkarları ilə keçirdiyi görüşlər və toplantılar barədə məlumat verib.

Nazir Akar Türkiye Silahlı Qüvvələrinin təhlükəsizliyin təmin edilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan özünümüdafiə hüquqları çərçivəsində qonşularının ərazi bütövlüyü və suverenliyinə hörmət edərək, terrora qarşı mübarizəni əzmlə və qətiyyətlə davam etdirdiyini bildirib, Suriyanın şimalında sülh və sabitliyi pozmağa yönəlmiş təcavüz və hücumlarını artırdıqlarına diqqət çəkib.

Hərbçilərin qonşu ölkələr və bütün dünya qarşısında həyata keçirdikləri bütün əməliyyatlarda yalnız terrorçuları hədəf aldığını vurğulayan Akar “Türklər və kürdlər qardaşdır. Bütün fitnələrə, fitnə-fəsadlara və dezinformasiya cəhdlərinə baxmayaraq, qardaş olaraq qalacaqlar" deyib.

Milli müdafiə naziri “Son vaxtlarda keçirilən görüşlərdə müttəfiq ölkələrə əli qanlı terror təşkilatı olan, sərhədlərimizə və xalqımıza hücum edən PKK/KCK/YPG-yə, o cümlədən DEAŞ-la mübarizə bəhanəsi daxil nə səbəblə olarsa olsun ilə dəstək olmamaları, terrorçulardan ayırmağı çətinləşdirəcək öz bayraq və öz üniformalarından istifadə etdirməmələri, olduqları bölgələrdən terrorçuları uzaq tutmaları və yaxın zamanda tərror təşkilatları ilə bütün əlaqələrini kəsmələri xatırlatılmaqda və lazımı göstərişlər verilməkdədir" deyib.

Görüşlərdə müvafiq tərəflərin DEAŞ-la mübarizənin vacibliyinə toxunduqlarını, lakin DEAŞ-a qarşı sahədə mübarizə aparan yeganə ölkənin Türkiye olduğunun unudulmamısının vacibliyini dilə gətirən nazir H.Akar "İraqın və Suriyanın şimalında 4500 radikal DEAŞ terrorçusunu zərərsizləşdirən Türkiye DEAŞ və bütün digər terror təşkilatları ilə mübarizə üçün hər cür əməkdaşlığa hazırdır” deyib.