PKK/YPG terror təşkilatı Tel Abyad rayonuna hücum təşkil edib

1 Dekabr 2022 18:38 (UTC+04:00)

Suriyanın şimal-şərqində fəaliyyətlərini davam etdirən separatçı terror təşkilatı PKK/YPG Tel Abyad rayonunda bir evə raket hücumu təşkil edib.

SİA-nın Türkiyənin TRT telekanalına istinadən verdiyi xəbərə görə, Fərat çayının şərqindəki ərazilərdə fəaliyyətlərini davam edən PKK/YPG terrorçuları günorta radələrində Tuffaha kəndinə raket zərbəsi endirib. Hücum nəticəsində bir yayaşış evi dağılıb. Rayondakı xəstəxana səlahiyyətliləri bildiriblər ki, xain hücum nəticəsində 2 mülki vətəndaş həyatını itirib, yaralanan iki nəfər də müalicə altına alınıb.

Xatırladaq ki, Tel Abyad rayonu 2019-cu ilin oktyabrında Türkiyenin “Sülh bulağı” əməliyyatı ilə PKK/YPG-dən təmizlənib. Ancaq sözmövzusu əraziyə sızmağa cəhd edən PKK/YPG terrorçuları bölgədəki mülki əhalinin evlərini raket zərbələri ilə hədəfə almağa davam edir.