Gənclər vətənpərvərlik ruhunda böyüdülməlidir - müzakirə

1 Dekabr 2022 18:18 (UTC+04:00)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclərin"Tənhalara dayaq" İctimai Birliyi "Zəfərlə başa çatan Vətən müharibəsi inşa yazı müsabiqəsi" mövzusuda tədbirlərin və yazı müsabiqəsinin keçirilməsinin təşkili layihəsinin sonuncu tədbirini 29 noyabr 2022-ci ildə təşkil edib.

Layihənin başlıca məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, vətənə sevgi aşılamaq, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına yardım göstərməkdir.

Tədbirdə Azərbaycan Respublikası Nizami rayonu Polis idarəsi əməkdaşı Huseynov Qadir, Binəqədi Gənclər və İdman İdarəsinin əməktaşı Quliyeva Səadət, 5 nömrəli BPM-nin Tədris hissəmüdiri İbrahimova Sanubər iştirak ediblər.

5 nömrəli BPM-nin Tədris müəssisəsinin psixoloqu Cabarova Ülviyə çıxış edərək bildirdi ki, vətənpərvərlik və milli iftixar hisslərinin inkişaf etdirilməsi AR milli maraqlarının vacib hissəsidir.

Azərbaycan Respublikası Nizami rayonu Polis idarəsi əməkdaşı Huseynov Qadir çıxış edərək dedi ki, gənclər arasında əsil qəhramanlıq salnamələrinin təbliği, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına mühüm rol daşıyacaq.

Sonda layihədə iştirak edən gənclər sertifikatlarla təltif olunub.