Vətən müharibəsinə dair inşa-yazı müsabiqəsiin qalibləri mükafatlandırılıb

1 Dekabr 2022 18:09 (UTC+04:00)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclərin" Tənhalara dayaq" İctimai Birliyi "Zəfərlə başa çatan Vətən müharibəsi inşa yazı müsabiqəsi" mövzusuda tədbirlərin və yazı müsabiqəsinin keçirilməsinin təşkili layihəsinin ilk tədbiri 21 noyabr 2022-ci ildə təşkil edib.

Layihənin məqsədi, Qarabağ uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuş milli qəhrəmanlarımız, şəhidlərimiz, qazilərimizin, veteranlarımızın şərəfli döyüş yolunu, milli vətənpərvərlik hisslərini yeniyetmə və gənc nəslə, eyni zamanda bütün ictimaiyyətə ötürməkdir. Keçiriləcək inşa-yazı müsabiqəsi yeniyetmə və gənclərin vətənpərvərlik haqqında fikirlərini ifadə etməyə dəstək olacaqdır.