İranın ASALA ilə nə əlaqəsi? -POLİTOLOQ AYDINLIQ GƏTİRDİ

1 Dekabr 2022 17:36 (UTC+04:00)

"ASALA bir müddətdir İranla birgə fəaliyyət göstərir." Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, İranın dəstəklədiyi Hizbullah təşkilatıda ASALA-da o cümlədən onların birgə yanaşdığı PKK-da Suriyənin bekka vadisindədir. Onların həm təlim-məşq düşərgələri ordadır, həm də orada hazırlıqlar keçirlər. Bu ərazi tamami ilə Suriyənin yox İranın və Hizbullahın nəzarətindədir. Kiçik yaşlardan başlayaraq İranda uşaqları hazırlayırlar, İranın cənubunda belə təlim düşərgələri var və birdə Suriyə ərazisində bu təlim düşərgələrinə rast gəlmək olar. Və ermənilərin istər İran ərazisində, istərsə də Suriyə ərazisindəki ermənilərdə Türkiyəyə qarşı zaman-zaman həmişə hazırlayıb istifadə ediblər. Hal-hazırda da Ermənistanın tutduğu mövqe ASALA-nın marağına uyğun gəlmir. Daha doğrusu desək Paşinyanın mövqeyinə uyğun gəlmir. Və onun əvvəldə hakimiyyət yəni Ermənistan Azərbaycanı işğal etdiyi zamanlarda onların hər zaman maraqları toqquşub. Ona görə də ASALA bu açıqlamaları elə belə vermir. Çox gözəl başa düşür ki, İran Ermənistan yaxınlaşması Ermənistan üçün çox böyük bəlalar gətirəcək. Bu bəlalardan təkcə Ermənistan yox, həm də Fransanın maraqlarıda zərər görəcək.