Müsyo Jordan və missis Makron KÖŞƏ

1 Dekabr 2022 17:31 (UTC+04:00)

Əcəba bu makarondu, vərməşildi, duyüdü, nədi, Müsyo Jordanın qanindan deyil ki, görəsən? İkisi də firəng oldüqlarını bilirik. Eyni şəcərədən olub - olmadıqlarını bilmək üçün isə gərəkdi ki, DNH testinə əl ataq.
Amma mənim müşahidələrim deyir ki, heç testə-flana da ehtiyac yoxdu. Kim nə deyir desin, bunlar eyni şəcərədəndilər və damarlarinda axan qan eyni ağilda, eyni psixologiyada, eyni xarakterdə olmalarını deməyə tamamilə əsas verir. Fərq yalnız ondadir ki, biri elmi-təbabət adamı olub, o biri də guya ki, siyasətçidi, dövlət xadimidi. Peşələri fərqli olsa da, nəvə ilə babanı qan yaddaşları bir məqamda eyniləşdirir: ikisi də çör-çop dəlisidi.Gülüb eləmiyin, vallahi bu belədi. Babası Jordan ağa ýüz əlli il əvvəl Qarabagda çör-çop toplamırdımı? Toplamasaydı, böyük mütəfəkkir Mirzə Fətəli Axundova nə düşmüşdü ki, firəng Müsyo Jordana o boyda əsər həsr eləsin, onun çör-çop yığmaq kimi gözəl peşəsini tarixə salsın? Deməli olub ki, yazıb. O zaman Jordan kişi ( kişi cinsindən oduğunu dana bilmərik, cünki o Qarabağa gələndə də kişilərlə oturub-dururdu) nəvəsi Makron xanimdan (özü belə deyir, yənı özünü Paşinyanin böyük bacısı adlandırır) fərqli olaraq Qarabağda insanları müalicə etmək üçun dərman bitkiləri axtarardı. İndi də xanım Makron Qarabagda axtarışdadı, amma müalicə məqsədli bitki yox, erməni xəstəliyini şiddətləndirən özü kimi erkək bacılar axtarışındadı. Adam qeyri-iradi düşünür, əcəba bu yüz əlli ildə nələr baş verdi ki, nəvə babasının axtarış yolunu bu qədər əksinə davam etdirməli oldu? Sizi bilmirəm, əziz oxucular, amma mən çox da fikirləşmədən bu sualın cavabinı özüm üçün müəyyən elədim. Kişilər də, xanimlar da həmişə insanlığa xeyir gətirməyə calışarlar. Amma kişiliyi, xanımlığı bilinməyənlər, cinsi naməlum olduğundan cinsinin axtarışı yolunda ancaq pisliklərə imza atmağa məhkumdular. Yəni hansı cinsdən olduqlarını bilmədiklərindən, cinslərinin axtarısına cıxırlar və belə yarandıqlarının intiqamını cinsi məlumlardan almağa can atırlar. Makron-Paşinyan bacilarının da bu axtarısda olmaları gətirib ora çuxarıb ki, insanlığa qənim kəsiliblər. Yoxsa, Makron xanimin da üzv olduğu Avropa İttifaqının koməyi ilə dostlaşma baş tutduğu, hayların da insana çevrilmələri üçün imkan yarandığı bir məqamda ortaya çıxıb erməni xəstəliyini yenidən şiddətləndirməsinin başqa hansı səbəbi ola bilər? Amma bu Makron xanım unudur ki, babası Jordan kişi də, bizim babalarimıza qarşı bir balaca yanlışa yol verdiyindən, Dərviş babamız Məstəli şah bütun Parisin altını ustünə cevirmişdi. Makron xanım belə yanlışlığı davam eləsə, qorxuram bu dəfə Məstəli babamızın nəvələri Parisi yox, bütün Firəngistanı yerlə yeksan eləsin. Bilmirəm, Məstəli babamız Makron-Paşinyan bacılarının bu xəstəliklərinə nə qədər dözəcək, amma bildiyim odur ki, bu dözümün tükənməsı vaxtı daralıb, Əlixalar, Vəlixalar da bu saat zəncir gəmirirlər. Dərviş babamizin bir "him"inə bənddilər ki, firəngləri baciları ilə birlikdə havaya uçursunlar. O zaman havada uça-uça iki bacı bir-birinə necə qovuşacaqlar, bax burası bir az müəmmalıdı.

Təhmasib Novruzov