İspaniyada həyəcanlı saatlar

1 Dekabr 2022 16:31 (UTC+04:00)

Ukraynanın İspaniyanın Madrid şəhərindəki səfirliyinə, daha sonra isə Saraqosa şəhərində olan silah zavoduna göndərilən partlayıcı maddələrin olduğu zərflər dünən Madriddəki Torrejon de Ardoz hərbi bazasına və Müdafiə Nazirliyinə göndərilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, araşdırma aparan polis mənbələrinə əsaslanaraq, şübhəli zərfin Torrejon de Ardoz hərbi bazasına çatdığı bildirilib. Qeyd edilib ki, zərfdə X-Ray cihazından keçən mexanizmin olduğu aşkar edildikdə dərhal terror protokolu həyata keçirilib və zərf bomba zərərsizləşdirmə qrupları tərəfindən aşkar edilib.