Azərbaycan Qarabağdakı ermənilərə ölkənin digər vətəndaşlarının sahib olduğu hüquqları verməyə hazırdır - Lavrov

1 Dekabr 2022 14:40 (UTC+04:00)

Azərbaycan Qarabağdakı ermənilərə ölkənin digər vətəndaşlarının sahib olduğu hüquqları verməyə hazırdır.

SİA-nın məlumatına görə, bunu bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı deyib.

“Azərbaycan tərəfi buna hazırdır. Onlar bunu müzakirə etməyə, ermənilərə Azərbaycanın digər vətəndaşlarının malik olduğu bütün hüquqların zəmanətini verməyə hazırdırlar”, - deyə S.Lavrov qeyd edib.