Bill Klinton koronavirusa yoluxub

1 Dekabr 2022 12:41 (UTC+04:00)

ABŞ-ın keçmiş Prezidenti Bill Klinton koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə sabiq dövlət başçısının özü tviterdə yazıb.

“Xəstəliyin cüzi simptomları var. Özümü yaxşı hiss edirəm. İşlərimi evdən davam etdirirəm”, - o bildirib.

B.Klinton həmçinin koronavirusa qarşı peyvənd olunduğunu da xatırladıb: “Hətta buster dozanı da vurdurmuşam”.

Qeyd edək ki, B.Klinton 1993-2001-ci illərdə ABŞ-ın Prezidenti olub.