Rusiya-Ukrayna müharibəsi nə zaman bitəcək? - POLİTOLOQ QEYD ETDİ

1 Dekabr 2022 13:04 (UTC+04:00)

“Rusiya-Ukrayna müharibəsi fevral ayından başlayaraq davam edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloq qeyd edib ki, müharibənin çox tez bir zamanda sonlanacağı gözlənilmir, çünki Rusiyanın və Ukraynanın da həyata keçirdiyi fəaliyyət uzunmüddətli dövrə hesablanıb: “Rusiya hazırda tutduğu ərzailərdə möhkəmlənmək, müdafiəni gücləndirmək, səfərbərlikdən cəlb olunan şəxslərlə bu fəaliyyəti tənzimləmək niyyətindədir. Ukrayna isə Qərbdən aldığı maliyyə və hərbi yardımlarla əks-hücum əməliyyatlarını həyata keçirir. Xersonun azad olunmasından sonra əsas diqqət digər bölgələrə yönəlib və burada Ukrayna uğurlu olmağa çalışır. Ukrayna üzərində Qərbin çox güclü dəstəyi hiss olunur. Rusiya tərəfi qışın gəlməsi ilə neft və qaz məhsullarını əldə rəhbər tutaraq Qərbi daha da sıxışdırmağa çalışacaq. Lakin hazırda Qərbin əsas diqqəti enerji təhlükəsizliyinə yönəlib. Neftin qiymətinin minimum səviyyədə saxlanılması əsas hədəfdir. Qərb bu gün həm də bunun üzərində işləyir. Həmçinin enerji layihələrinin diversikasiyası siyasəti yürüdülür. Yalnız bununla Rusiyanın fəaliyyətini qabaqlamaq mümkündür. Çünki həm neft və qaz qiymətlərinin yuxarı olması, eyni zamanda digər dövlətlərin Rusiyaya dəstəyi və müxtəlif sahələrdə əməkdaşlığı Rusiya-Ukrayna müharibəsinin uzanmasına səbəb olur. Sanki belə bir təəssürat formalaşır ki, Qərb Rusiyanın qarşısında yetərli qədər güclü deyil. Çünki Rusiyanın əsas dəstəyi ABŞ və NATO-dan gəlir. Lakin məkanda olan dövlətlər qışı çox böyük çətinliklə keçirəcəklər. Dekabr ayının birinci günüdür və qarşıdan tarixin ən böyük qaz sahəsindəki çətinlikləri proqnozlaşdırılır. Avropa da öz dayanıqlığını nümayiş etdirməlidir. Hazırda isə Avropanın bəzi şəhərlərində inflyasiya və qiymət artımı baş verir”.