"10 000 ağac tingi əkilib, 1450 kiloqram toxum səpilib" - XİDMƏT RƏİSİ AÇIQLADI

1 Dekabr 2022 12:24 (UTC+04:00)

"Payız ağac əkini mövsümü ilə əlaqədar meşəbərpa tədbirləri davam edir. Meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir". Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov SİA-ya bildirib ki, bu gün Quba, Qəbələ, Şəmkir, Sabirabad və Lənkəran rayonlarında keçirilən meşəbərpa tədbirləri zamanı hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 10 000 ağac tingi əkilib, 1450 kiloqram toxum səpilib.