Polşada ATƏT Nazirlər Şurasının iclası işə başlayıb

1 Dekabr 2022 12:48 (UTC+04:00)

Polşanın sədrliyi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının iclası başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, paytaxt Varşavadan təxminən 140 kilometr aralıda yerləşən Lodz şəhərində keçirilən konfrans 2 gün davam edəcək.

Polşanın xarici işlər naziri Zbiqnev Rau ATƏT-in fəaliyyətdə olan sədri kimi həmkarlarını qapıda qarşılayıb.

Digər tərəfdən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 29-cu iclasında iştirak etmək üçün dünən Lodza səfər edib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in baş katibi Helqa Şmid ilə ikitərəfli görüşlər keçirib.