"Vətəndaşlar kreditmi ödəyəcək, yoxsa cərimə"? -İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

1 Dekabr 2022 12:38 (UTC+04:00)

"Vətəndaşlara kredit verilərkən onlara verilən cərimələrin hesablanması yenə də kreditin qaytarılma risklərinin hesablanması baxımından vacibdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

İqtisadçı ekspertin sözlərinə görə, həm insanın hanısa bir banka kredit borcu və ya hansısa öhdəliyi olar, bir də var ki, hansısa cəriməsi var. Cərimə yuxarı məbləğdə olanda bu, birinci növbədə, kredit ödəniş risklərini artırır. Digər bir tərəfdən isə burada təkcə cərimə məbləğləri deyil, eyni zamanda kiçik məbləğlər də olsa, gecikmələr belə nəzərə alınacaq. Çünki cərimə məbləğlərinin ödənişlərində olunan gecikmələr bir növ vətəndaşın məsuliyyətinin göstəricisidir. Və hesab edirəm ki, bu qərar doğru yanaşmadır. Məsələn, 20 manatlıq cəriməsini vətəndaş vaxtında ödəmirsə, öz kredit borcunu da vaxtında ödəməyəcək. Bəzi vətəndaşlar buna məsuliyyətsiz yanaşacaqlar. Yəni burada pulunun və ya maddi durumunun olmasından, yaxud da kreditin geri dönüş imkanlarından asılı olmayaraq vətəndaş məsuliyyəti məsələsidir".