Azərbaycan XİN Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib

1 Dekabr 2022 11:15 (UTC+04:00)

Azərbaycan XİN Laçının işğaldan azad olunması ilə bağlı tviterdə paylaşım edib.

SİA xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün, Laçın rayonunun işğaldan azad edilməsindən iki il ötür. Azərbaycanın cənnət diyarlarından olan Laçının Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunduğu bu əziz gündə bütün həmvətənlərimizi təbrik edirik. Yaşasın Azərbaycan!".