Yol nəqliyyat hadisəsi baş verib

1 Dekabr 2022 11:08 (UTC+04:00)

Noyabrın 30-da saat 13 radələrində Ağdaş rayonunun Qəsil kəndi ərazisində rayon sakinləri C.Cabbarovun idarə etdiyi “Mercedes” və R.Həmidovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. DİN-dən SİA-ya verilən məlumata görə, nəticədə R.Həmidov və 3 sərnişini xəstəxanaya yerləşdirilib, həyat yoldaşı Bahar Həmidova orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.