Almaniyada dərman qıtlığı davam edir

1 Dekabr 2022 10:58 (UTC+04:00)

Almaniya Federal Dərman və Tibbi Cihazlar İnstitutunun açıqladığı siyahıya görə, ölkədə 299 dərman vasitəsinə çatmaqda çətinliklər var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, institut bu darboğazın səbəbini Çin və Hindistan kimi ölkələrdən çatdırılmaların qeyri-kafi olması ilə əlaqələndirir. Almaniya dərman təchizatı böhranı ilə üzləşir. Bir çox əczaçılıq şirkətləri yüksək xərclərə görə dərman istehsalını Çin və Hindistan kimi ölkələrə təhvil verirlər. Bu ölkələrdən gələn dərmanların qeyri-kafiliyi və tədarük müddətinin uzadılması dərmanlara çıxışı çətinləşdirir.