UEFA pandemiya ilə bağlı "Qarabağ" klubuna ödəniş edib

1 Dekabr 2022 10:30 (UTC+04:00)

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.

SİA-nın məlumatına görə, qitə futbol qurumu avrokuboklarda çıxış edən klublar üçün koronavirus pandemiyası ilə əlaqədar maliyyə vəsaitinin ayrılması proqramı çərçivəsində 2021/2022 mövsümündə Konfrans Liqasında iştirak etmiş Ağdam klubuna 139 000 avro maliyyə vəsaiti ödəyib.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.