Messini təhdid edən meksikalı boksçu üzr istəyib

1 Dekabr 2022 07:26 (UTC+04:00)

Meksikalı peşəkar boksçu, mütləq dünya çempionu Saul Alvares Argentina millisinin futbolçusu Lionel Messidən ünvanına söylədiyi sözlərə görə üzr istəyib. SİA xəbər verir ki, idmançı bununla bağlı özünün şəxsi instaqram hesabında paylaşım edib.

O, vətənimə olan sevgisi üzündən özündə olmadığını və yersiz ifadələr işlətdiyini bildirib: "Buna görə də Messi və Argentina xalqından üzr istəyirəm. Hər gün yeni bir şey öyrənirik, bu dəfə növbə məndə idi".

Qeyd edək ki, Lionel Messi Qətərdə keçirilən dünya çempionatında Meksika ilə matçdan (2:0) sonra rəqib futbolçulardan biri ilə formasını dəyişib. Daha sonra Argentina millisinin paltardəyişmə otağından 35 yaşlı forvardın həmin köynəyi yerə atması, daha sonra onu təpiklə vurmasını əks etdirən video yayılıb. Bu görüntülər Saul Alvaresi qəzəbləndirib. Messinin Meksika millisinin forması və ölkə bayrağı ilə döşəməni sildiyini iddia edən boksçu futbolçunu təhdid edob. İdmançı bildirib ki, Messi onunla qarşılaşmamaq üçün Tanrıya dua etsin.