Çində quş qripinə yoluxan qadın öldü

1 Dekabr 2022 03:18 (UTC+04:00)

Çində yüksək patogenli H5N1 quş qripi virusuna insanın yoluxması halı qeydə alınıb. SİA TASS-a istinadən xəbər verir ki, infeksiya Quansi-Çjuan muxtar bölgəsindəki Çinçjou şəhərinin 38 yaşlı sakinində təsdiqlənib. O, ev quşları ilə təmasda olub. Qadın xəstəxanada dünyasını dəyişib.

2005-ci ildən Çində H5N1 virus ştammı ilə insana yoluxma halları üzrə 54 fakt qeydə alınıb.