Müğənni özündən 29 yaş kiçik aktrisaya sevgisini etiraf etdi

30 Noyabr 2022 23:40 (UTC+04:00)

Ustad sənətçi Yılmaz Morgül bu gün qatıldığı canlı yayımda özündən 29 yaş kiçik Hande Erçelə sevgisini etiraf edib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Yılmaz Morgül TV8 ekranlarında yayımlanan "2-ci sayfa" proqramının qonağı olub. Erçeli çox sevdiyini və onu heç kimlə müqayisə edə bilmədiyini deyən Morgül, "1997-ci ildə dünyada olsaydı, mütləq onunla evlənmək istərdim" - deyib.

Yılmaz Morgül Hande Erçelə xüsusi marağı olduğunu qeyd edərək ona sevgisini etiraf edib: "Gözəllik və istedad baxımından onunla müqayisə edilənləri qəbul etmirəm. Hande Erçel dünyanın ən şirin mürəbbəsidir. Onu çox sevirəm" - deyib.