ABŞ qışda Ukraynadakı hərbi əməliyyatlala bağlı proqnoz verib

30 Noyabr 2022 21:41 (UTC+04:00)

Ukraynada hərbi əməliyyatlar qışda da davam edəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu proqnozu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə verib.

“Biz qışda quru, eləcə də hava əməliyyatlarının çətin olacağını gözləyirik, çünki yerdəki şərait çoxlu manevr və əməliyyatlara imkan verməyəcək”-deyən Kirbinin sözlərinə görə, döyüşlər səngiyə bilər, amma dayanmayacaq. O qeyd edib ki, qış əməliyyatları zamanı heç kimin dramatik hərəkətləri çox olmaya bilər.

Qeyd edək ki, Bundan əvvəl NATO Rusiyanı Ukrayna ilə münaqişədə qışdan silah kimi istifadə etməkdə ittiham edib. O da qeyd olunur ki, yeddi Avropa ölkəsi dövlətə dəstəyi artırdığını elan etdikdən sonra Kiyev enerji və digər əsas infrastruktur obyektlərinə yeni hücumlara hazırlaşır.

Ağasəf Babayev