Fransa millisinin qapıçısı Stiv Mandanda yığmada yeni rekord müəyyənləşdirib.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb. Qolkiper millinin tarixinin ən yaşlı futbolçusu adını qazanıb. 37 yaş 247 günlüyündə olan Mandanda buna DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Tunislə oyunda (0:1) meydana çıxmaqla nail olub.
Daha əvvəlki rekord isə 2000-ci ilin sentyabrında İngiltərə ilə oyunda iştirak edən Bernard Lamaya məxsus idi - 37 yaş 148 gün.
Qeyd edək ki, Fransa millisi qrup lideri kimi DÇ-2022-də 1/8 finala adlayıb.