“Orion” "Ən uzaq məsafə" rekordunu qırdı

30 Noyabr 2022 20:20 (UTC+04:00)

Noyabrın 16-da Amerika Birləşmiş Ştatlarının Aeronavtika və Kosmos Agentliyi – NASA-nın “Aya qayıdış” layihəsi çərçivəsində orbitə buraxdığı “Orion” kapsulu "Ən uzaq məsafə" rekordunu qırıb.

SİA xəbər verir ki, NASA-nın verdiyi məlumata görə, kapsulun noyabrın 26-da təqribən 430.000 kilometr yol qət etdiyi bildirilib, bunun "insanları aparmaq üçün nəzərdə tutulmuş kosmik gəminin səyahət edə biləcəyi ən uzun məsafə rekordu" olduğu açıqlanıb.

NASA-nın “Aya qayıdış” layihəsi olan “SLS-Orion” kosmik gəmisi "Artemis 1"in noyabrın 16-da orbitə buraxılıb və kapsul 21 noyabrda 128 kilometr məsafə ilə Ayın orbitində səthə ən yaxın məsafəyə yaxınlaşıb.

“Orion” kapsulunun dekabrın 11-də Sakit okeana enməsi planlaşdırılır.

NASA astronavtları 2024-cü ildə Aya eniş aparatı olmayan “Orion” kapsulu ilə 2024-cü ildə Ay ətrafında sınaq turu edə biləcək və 2025-ci ildə “SpaceX”in “Starship” gəmisi ilə Aya enəcək.

“SLS-Orion” kosmik gəmisi indiyədək NASA-ya təxminən 37 milyard dollara başa gəlib.

Yunan mifologiyası qəhrəmanlarından olan Apollonun əkiz bacısı Orionun adını daşıyan layihə ilə NASA astronavtları ən tez 2025-ci ildə Aya göndəriləcək. Məqsəd Marsa insanları göndərə bilən iddialı və uzunmüddətli səyahətlər üçün Ay koloniyası qurmaqdır.