Keçirilən son hərraclarda 7 nəqliyyat vasitəsi satılıb

30 Noyabr 2022 18:45 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 29-u və 30-da növbəti hərrac keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 29-da keçirilən hərracda 1 səhmdar cəmiyyətin səhm paketi, 1 nəqliyyat vasitəsi, lot üzrə 6 ədəd su nəqliyyatının mühərriki, noyabrın 30-da keçirilən hərracda isə 6 nəqliyyat vasitəsi satılıb.

Noyabrın 29-da “Beyləqan Buzxana” ASC-nin 45 faizlik səhm paketi özəlləşdirilib.

Noyabrın 30-da “Azərbaycan Beynəlxalq Bankı”na məxsus avtomobillər çıxarılıb. Keçirilən hərrac rəqabətli olub. Belə ki, “Hyundaı Sonata” markalı avtomobilin ilkin start qiyməti 7000 manat olsa da, edilən ən son təklif 12 min manata yüksəlib.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu )

Məlumat üçün bildiririk ki, növbəti hərraclar dekabrın 13-ü, 20-si və 27-də keçiriləcək. Sadalanan tarixlərdə hərraca ümumilikdə 25 dövlət obyekti, 2 helikopter və 38 nəqliyyat vasitəsi çıxarılıb.