Kerjakov "Səbail"ə baş məşqçi gətirilir?

30 Noyabr 2022 17:48 (UTC+04:00)

Azərbaycanın “Səbail” futbol klubunun yeni baş məşqçisi Rusiya millisinin və “Zenit”in sabiq hücumçusu Aleksandr Kerjakov ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, guya hazırda tərəflər danışıqlar aparır.

Deyilənlərə görə, 40 yaşlı mütəxəssisin təyinatının qışda baş tutacağı gözlənilir.

“Səbail” rəhbərliyinin hazırkı baş məşqçi Mahmud Qurbanovun işindən narazı qaldığı bildirilir.

Xatırladaq ki, Kerjakov əvvəllər “Nijni Novqorod”u çalışdırıb.

Nazlı