Vayra Vike-Freyberqa Prezidentin fəxri diplomu ilə təltif edilib

30 Noyabr 2022 16:44 (UTC+04:00)

Azərbaycan Respublikasının beynəlxalq müstəvidə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Vayra Vike-Freyberqa “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, sabah Latviyanın ikinci Prezidenti (1999-2007) Vayra Vike-Freyberqanın 85 yaşı tamam olur. O, Şərqi Avropada ilk qadın Prezidentdir.