Belçika hökumətindən maraqlı addım

30 Noyabr 2022 16:41 (UTC+04:00)

2016-cı ildə Belçikanın paytaxtı Brüsseldə 32 nəfərin ölümünə səbəb olan terror aktlarının şübhəlilərinin mühakimə olunacağı məhkəmə üçün 36 nəfərlik ictimai münsif seçilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkə tarixində ən böyük məhkəmə prosesi dekabrın 5-də başlayacaq. Brüssel Ağır Cəza Məhkəməsi DAEŞ terror təşkilatının törətdiyi hücumlara görə 10 nəfərin mühakimə olunacağı məhkəmə üçün münsif namizədi olaraq seçilən 1000 vətəndaş arasından seçim edir. Namizədlər 28-65 yaş arası, cinayət keçmişi olmayan və fransız dilini bilən şəxslərdir.